Dünən Türkiyə Superliqası çərçivəsində öz meydanında "Kardemir Karabükspor" futbol klubunu qəbul edən "Trabzonspor", nəhayət ki, 3 xal əldə etməyi bacarıb. Siasport.az saytı xəbər verir ki, UEFA Çempionlar Liqasına "İnter"i Milanda məğlub etməklə başlayan, amma bu qələbəni Türkiyə Superliqasında reallaşdıra bilməyən Trabzon təmsilçisi, dünən rəqibini 3:1 hesabı ilə məğlub edərək bu arzusuna da çatdı. "Trabzonspor"in iki qoluna imza atan Burak Yılmaz, bu oyunu ilə Türkiyənin və Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB