Aliyə Qarayeva Azərbaycana Olimpiya oyunlarına daha bir lisenziya qazandırdı

Aliyə Qarayeva Azərbaycana Olimpiya oyunlarına daha bir lisenziya qazandırdı
Azərbaycan London Olimpiadasına daha bir vəsiqə qazanıb. Siasport.az saytı xəbər verir ki, 2012-ci il London Yay Olimpiya Oyunlarında iştirak etmək hüqununu bədii gimnastımız Aliyə Qarayeva əldə edib.
O, Fransanın Monpelye şəhərində keçirilən Dünya çempionatında bürünc medal qazanmaqla lisenziyaya sahib çıxıb. Aliyə çoxnövçülük üzrə yarışda 3-cü yeri tutub. Bununla da Qarayevə ardıcıl 2-ci dəfə belə mötəbər turnirdə çıxış etmək hüququ qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə