Mirça Rednik: "Qəbələ” bizə çoxlu problemlər yaratdı"-AÇIQLAMA

Mirça Rednik: "Qəbələ” bizə çoxlu problemlər yaratdı"-AÇIQLAMA

"Xəzər Lənkəran" – "Qəbələ" matçından sonra keçirilən mətbuat konfransında Mirça Rednik oyunçularından razı olduğunu bildirib. Siasport.az saytı xəbər verir ki, baş məşqçi oyunun gərgi keçdiyini qeyd edib: "Yüksək sürətlər olan, gərgin bir oyun gördük. Çox şadam ki, bu matçda qalib gəlməyi bacardıq. Rəqib çox yüksək təşkilatlanmış komandadır. "Qəbələ" bu oyunda bizə çoxlu problemlər yaratdı, amma biz əzmkar oyun göstərək qələbə əldə etdik". Baş məşqçi qazanılan ardıcıl qələbələrin onu sevindirdiyini gizlətmədi, lakin eyni zamanda qarşıdakı oyunların məsuliyyətini yada saldı: "Mən inanmaq istəyirəm ki, son oyunlarda qazandığımız qələbələr futbolçuları daha da ruhlandırar və onlar növbəti oyunlarda da yaxşı futbol göstərərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə