Azərbaycan voleybolçuları Türkiyə millisinə məğlub oldular

Azərbaycan voleybolçuları Türkiyə millisinə məğlub oldular

İtaliyanın Monza şəhərində qadınlar arasında voleybol üzrə Avropa çempionatının final mərhələsi başlayıb. Siasport.az saytı xəbər verir ki, çempionatın ilk günü Azərbaycan voleybolçuları Türkiyə idmançıları ilə qarşılaşıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən oyun Türkiyə yığmasının 3:1 (23:25, 25:17, 25:19, 25:21) hesablı qələbəsi ilə başa çatıb.

B qrupu

Azərbaycan - Türkiyə 1:3 (25:23, 17:25, 19:25, 21:25)

Hakimlər: Pyotr Dudek (Polşa), Karin Zaharçov (Çexiya).
"Palayper" İdman Sarayı.

Bütün xəbərlər Facebook səhifəmizdə