Jurnalist Mehman Rəsulov da "Neftçi"yə "transfer" oldu

Jurnalist Mehman Rəsulov da "Neftçi"yə "transfer" oldu
Bir müddət öncə ANS-dən ayrılan Mehman Rəsulovun yeni iş yeri müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, Gündüz Abbaszadənin ardınca Mehman Rəsulov da "Neftçi"yə keçib. M.Rəsulov "Neftçi" jurnalının redaktoru təyin olunub. O, ANS-dəki iş yoldaşı, "Neftçi" jurnalının baş redaktoru Gündüz Abbaszadə ilə birlikdə çalışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə