Elvin Əliyevi vəhşicəsinə döyüdlər

Elvin Əliyevi vəhşicəsinə döyüdlər

"Neftçi" - "Bakı" matçından sonra "Bakı"nın futbolçusu vəhşicəsinə döyülüb. Siasport.az saytı xəbər verir ki, üzü qan içində, köynəyi cırıq-cırıq olan futbolçunu iddialara görə "Neftçi"nin mühafizəçiləri döyüblər. Futbolçu isə hadisədən sonra belə açıqlama verib: "Məni kimin vurduğunu dəqiq bilmirəm. Yalnız onun mülki geyimdə, idmançı görkəmli biri olduğunu bilirəm".
"Neftçi" və "Bakı"nın rəsmiləri hadisəni araşdırmaq üçün Elvinlə birlikdə "Neftçi"nin bazasına yollanıblar və məsələyə aydınlıq gətirilib. Bütün anlaşılmazlıqlar həllini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə