Faiq Qarayev: "Qələbə qazanmaq üçün əlimizdən gələni etməyə çalışacağıq"-AÇIQLAMA

Faiq Qarayev: "Qələbə qazanmaq üçün əlimizdən gələni etməyə çalışacağıq"-AÇIQLAMA
Xəbər verdiyimiz kimi, voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsi başlayır. Siasport.az saytı xəbər verir ki, çempionatın ilk günü Azərbaycan millisinin yer aldığı B qrupunda iki oyun keçiriləcək. Azərbaycan millisi Türkiyə, İtaliya yığması isə Xorvatiya ilə qarşılaşacaq.
Millimizin baş məşqçisi Faiq Qarayev çempionatla bağlı fikirlərini bildirib: "Bizi üç gərgin və maraqlı oyun gözləyir. Qrup mərhələsində güclü komandalara qarşı oynayacağıq. Bu görüşlərdə qələbə qazanmaq üçün əlimizdən gələni etməyə çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə