Vengerdən futbolçulara sərt xəbərdarlıq: "Ya futbol oynayın, ya da "Arsenal"a həsrət qalacaqsınız"!

Vengerdən futbolçulara sərt xəbərdarlıq: "Ya futbol oynayın, ya da "Arsenal"a həsrət qalacaqsınız"!
Londonun "Arsenal" futbol klubunda, sözün əsl mənasında fövqəladə vəziyyət rejimi hökm sürür. Siasport.az saytı xəbər verir ki, mövsümə uğursuz başlamağa görə son 58 ildə tarixinin ən pis rekordunu təzələyən "topçular", bu vəziyyətdən çıxış axtarırlar. Onsuz da son günlər tənqidlərin əsas hədəfinə çevrilən "Arsenal"ın baş məşqçisi Arsen Venger isə, dünən axşam komandanın təlim-məşq bazasında futbolçuları ilə bir araya gələrək, artıq xal itirməklərinin böyük fəlakət demək olacağını onların diqqətinə çatdıraraq, daha bir ardıcıl məğlubiyyətin yaşanacağı təqdirdə isə, "Arsenal"dakı əksər futbolçularla qəti olaraq yolların ayrılacağını onların diqqətinə çatdırıb. A.Venger futbolçularına "Ya futbol oynayın, ya da "Arsenal"a həsrət qalacaqsınız" deyərək, vəziyyətin kritik həddə olduğunu onlara çatdırmağa çalışıb. İngiltərənin "Deyl Teleqraf" qəzeti iddia edir ki, artıq 17 idən çoxdur ki, "Arsenal"ın sükanı arxasında olan təcrübəli fransız futbol mütəxəssisi, heyətdə ciddi islahatlara başlamaq barədə rəhbərlik qarşısında məsələ qaldırıb. Belə ki, görünür ki, A.Venger hazırkı heyətə görə özünün 17 illik "Arsenal" koryerasını "yandırmaq" və klubu məğlub durumda tərk etmək istəmir.

Bütün xəbərlər Facebook səhifəmizdə