Dünya çempionatını internet vasitəsi ilə də izləyə biləcəksiniz

Dünya çempionatını internet vasitəsi ilə də izləyə biləcəksiniz

Bakıda keçiriləcək boks üzrə dünya çempionatı www. AIBAboxingTV.com. saytı ilə canlı yayımlanacaq. Siasport.az saytı xəbər verir ki, boks həvəskarları yarışların ilk günündən finala kimi bütün döyüşləri internet vasitəsi ilə izləmək imkanı əldə edəcəklər. Bundan başqa, 1/8 final mərhələsindən finala kimi yarışlar "Youtube" vasitəsi ilə www.youtube.com/aibaboxingtv. saytı ilə də birbaşa yayımla idman həvəskarlarına təqdim olunacaq. Boks ilk Olimpiya idman növlərindəndir ki, yarışları "Youtube" vasitəsi ilə bütün dünyaya yayımlanır.

Qeyd edək ki, İdman Azərbaycan kanalı da dünya çempionatının bütün görüşlərini canlı yayımla təqdim edəcək. Yarışlar hər gün səhər saat 11-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə