"Bakı" klubunun prezidenti Sadıq Sadıqovu təbrik etdi

"Bakı" klubunun prezidenti Sadıq Sadıqovu təbrik etdi
"Bakı" futbol klubu "Neftçi"nin prezidenti Sadıq Sadıqova təbrik məktubu ünvanlayıb. Siasport.az saytı xəbər verir ki, məktubda "Bakı"nın prezidenti Hafiz Məmmədov və komandanın kollektivi Sadıq Sadıqovu Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunması münasibəti ilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Sadıq Sadıqov "Neftçi" futbol klubunun prezidenti olmaqla bərabər, həm də Neftçi İdman Sağlamlıq Mərkəzinin icraçı direktorudur.

Bütün xəbərlər Facebook səhifəmizdə