Avropa Çempionatı start götürür

Avropa Çempionatı start götürür
Bu gün voleybol üzrə qadınlar arasında Avropa Çempionatının final mərhələsi start götürəcək. Siasport.az saytı xəbər verir ki, Avropa Çempionatının final mərhələsində 16 komanda çempionluq uğrunda mübarizə aparacaq. Çempionat İtalyanın (Monza və Busto Arsizio) və Serbiyanın (Belqrad və Zrenyanin) şəhərlərində keçiriləcək

(A)

BELQRAD

(B)

MONZA

(C)

ZRENYANİN

(D)

BUSTO ARSİZİO

Almaniya

Türkiyə

Israil

Hollandiya

Fransa

Azərbaycan

Rumuniya

Bolqariya

Ukrayna

Italiya

Çexiya

Ispaniya

Serbiya

Xorvatiya

Polşa

Rusiya


Qrup məhələsində birinci yeri tutan komandalar birbaşa 1/4 final mərhələsində, II və III yerləri tutan komandalar isə pley-off mərhələsində mübarizəni davam etdirəcəklər.

Avropa Çempionatının final mərhələsində qrup oyunlarından sonra play-off mərhələsinin oyunları Belqrad və Monza şəhərlərində keçiriləcək (2C-3A);(2A-3C);(2D-3B);(2B-3D).

1 /4 final mərhələsinin oyunları.


Belqrad. A qrupunun qalibi – 2C/ 3A cütlüyünün qalibi ilə.

Belqrad. C qrupunun qalibi – 2A/ 3C cütlüyünün qalibi ilə.

Monza. B qrupunun qalibi – 2D/ 3B cütlüyünün qalibi ilə.

Monza. D qrupunun qalibi – 2B/ 3D cütlüyünün qalibi ilə.

Qalib gələn komandalar 1/ 2 finala vəsiqə qazanacaq, məğlub olmuş komandalar isə xal hesabına görə 9, 10, 11, 12 yerlərdə Avropa Çempionatının final mərhələsini yekunlaşdıracaqlar. Avropa Çempionmatının final mərhələsi 2 oktyabrda sona çatacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə