"Volqa" klubunda məşqçi istefası

"Volqa" klubunda məşqçi istefası
Milli komandamızın hücumçusu Vaqif Cavadovun çıxış etdiyi Rusiyanın "Volqa" klubunda məşqçi istefası gerçəkləşib. Siasport.az saytı xəbər verir ki, Nijni Novqorod klubunda köməkçi-məşqçi kimi fəaliyyət göstərən Sergey Perednya həmyerlimizin komandası ilə yollarını ayırıb.
Buna onun başqa klubdan aldığı dəvət səbəb olub. Belə ki, Perednya bundan sonra "Tom" klubunda baş məşqçi vəzifəsində çalışacaq. Artıq onun yeni klubundakı təyinatı da rəsmiləşib.
Cavadovun komandasında Perednyanın postunu kimin tutacağı barədə hələlik heç bir informasiya verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə