Parataekvondoçularımız birinci Avropa çempionatında mübarizə aparacaqlar
Sentyabrın 26-da Moskvadakı döyüş sənəti mərkəzində parataekvondo üzrə birinci Avropa çempionatı keçiriləcək. Siasport.az saytı xəbər verir ki, çempionatda Azərbaycan, Rusiya, Fransa, İspaniya, Finlandiya, İsrail, Xorvatiya, Türkiyə və Yunanıstanı təmsil edən 80-dən çox idmançı iştirak edəcək.
Azərbaycan parataekvondoçuları Rusiya paytaxtında yığma komandanın baş məşqçisi Əvəz Tağıyevin rəhbərliyi altında çıxış edəcəklər.
Parataekvondo qaydalarına görə, döyüşlər hər biri bir dəqiqə davam edən üç raunddan ibarət olacaq. Başa zərbələr vurmaq qadağandır. Hakim döyüşün qalibini üç raund ərzində yığılmış xalların sayına əsasən müəyyən edir. Heç-heçələr halında əlavə raund təyin olunur. Bu raund ilk bal qazanılana qədər davam edir. Əgər əlavə raund heç-heçə qurtarırsa, hakim qələbəni idmançıların fəallığına görə müəyyən edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB