Futbol üzrə Azərbaycan Premyer Liqasının 7-ci turunun "Turan" – "Rəvan" oyunu baş tutacaq. Siasport.az saytı xəbər evrir ki, bu barədə azerisport.az-a Tovuz klubundan məlumat verilib.
Xatırladaq ki, iki aydı maaşlarını ala bilməyən futbolçular bu qarşılaşmaya çıxmayacaqlarını bəyan etmişdilər. Amma bu gün komandanın iclası keçirilib. Məhz bu toplantıda qərara alınıb ki, "Rəvan"la görüş keçirilsin. Bu, baş məşqçi Əsgər Abdullayevin futbolçulardan xahişi nəticəsində mümkün olub. O, azarkeşlərin xətrinə bu ev oyununu yola verməyi xahiş edib ki, futbolçular da sabah keçiriləcək görüşdə iştiraka razılıq veriblər və tətil qərarı ləğv olunub.
Lakin görüşdə o da qərara alınıb ki, klub rəhbərliyi futbolçuların borclarını ödəməsə, onlar "Rəvan"la oyundan sonra komandanın sıralarını tərk edəcəklər.Yəni istənilən halda hər şey "Turan"ım dağılmasına doğru gedir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB