Rauf Əliyev İstanbulda müayinə olacaq

Rauf Əliyev İstanbulda müayinə olacaq
"Qarabağ"ın "Xəzər-Lənkəran"la oyunda zədələnmiş forvardı Rauf Əliyev Türkiyəyə gedir. Siasport.az saytı xəbər verir ki, diz qapağından aldığı zədə səbəbindən ən az 1 ay yaşıl sahələrdən uzaq qalacaq 22 yaşlı hücumçu müayinə olunmaq üçün bu gün axşam İstanbulda olacaq. Türkiyədə ən az 3 gün qalacaq Rauf həkimlər tərəfindən müayinə olunduqdan sonra durumuna konkretlik gələcək. Raufun qardaş ölkədə daha uzun müddət qalacağı istisna olunmur.

Bütün xəbərlər Facebook səhifəmizdə