Azərbaycan Premyer Liqasının 4 futbolçusu Latviya yığmasında

Azərbaycan Premyer Liqasının 4 futbolçusu Latviya yığmasında
Futbol üzrə Latviya yığmasının baş məşqçisi Aleksandr Starkov "Avro-2012"nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Malta və Xorvatiya ilə oyunlarda iştirak edəcək futbolçuların siyahısını müəyyənləşdirib. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Azərbaycan Premyer Liqasında çıxış edən latviyalı futbolçular - Denis İvanov, Maris Verpakovski (hər ikisi "Bakı"), Pavel Doroşev (Qəbələ) və Andrey Rubini (Simurq) də milliyə dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə