Rəşad Abdullayev: "Bakı" ilə qarşılaşmada 3 xal əldə etmək çox vacibdir"-AÇIQLAMA
"Neftçi" PFK-nın yarımmüdafiəçisi Rəşad Abdullayev "Bakı" ilə oyun ərəfəsində fikirlərini bildirib. Siasport.az saytı xəbər verir ki, təcrübəli futbolçu paytaxt təmsilçisi ilə qarşılaşmada qələbənin vacibliyindən danışıb: "Qəbələ" ilə oyunda layiqli qələbə qazandıq. Artıq bütün fikirlərimizi "Bakı" ilə görüşə cəmləmişik. Bu matç komandaların turnir cədvəlindəki mövqeləri baxımından da əhəmiyyətlidir. Həm də bu, paytaxt derbisi sayılır. "Bakı" ilə qarşılaşmada 3 xal əldə etmək çox vacibdir. Çalışıb qələbə qazanacağıq ki, azarkeşlərin qarşısında özümüzü doğruldaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB