Zidan, haydı "Real"ın sükanı arxasına!

Zidan, haydı "Real"ın sükanı arxasına!
İspaniyanın "Real" futbol klubunun yeni mövsümə uğursuz başlaması, portuqaliyalı baş məşqçi Joze Maurinyonun oyun sisteminin kral klubuna ugur gətirməməsi, artıq Madrid təmsilçisinin sükanı arxasına keçə biləcək yeni namizədlərin axtarışını qaçılmaz edib. Siasport.az saytı xəbər verir ki, sonuncu "Osasuna" qarşılaşmasında qeydə alınan uğursuzluq, portuqaliyalının "Real"dan gedişini sürətləndirməklə yanaşı, kral klubunun sükanı arxasına keçəcək yeni baş məşqçinin kimliyini də əsas müzakirə obyektinə çevirib. İspaniya mətbuatı isə, bu məsələdə heç də uzağa getmək fikrində deyil. Belə ki ispaniyalı həmkarlarımız iddia edirlər ki, "Real" rəhbərliyi baş məşqçi postuna hazırda kral klubunda idman direktoru olan Zinəddin Zidanı əsas namizəd sayır. Onların iddiasına görə, həttda "Real" prezidenti də son vaxtlar Z.Zidanla təmaslarını artıraraq, klubun vəziyyəti ilə bağlı onunla müzakirələr aparır. Z.Zidanın da bir neçə dəfə "Real"ın mövcud vəziyyəti ilə bağlı fikirlərini mətbuatdan gizlətməməsi, üstəlik J.Maurinyoya bir sıra iradlarını dilə gətirməsi də mətbuatda yazılanları aktuallaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə