"Anji" "Liverpul"un kapitanına görə ildə 20 milyon avrosundan keçməyə hazırdır!
Mahaçqalanın "Anji" futbol klubu, dünyanın ən ulduz futbolçularını heyətinə qatmaqda davam edir. Siasport.az saytı xəbər verir ki, son olaraq İtaliyanın "İnter" futbol klubundan Etoonu heyətinə qatan Rusiya klubu, indi də "Liverpul"un kapitanı Stiven Cerrarda "elçi düşüb". Belə ki, Mahaçqala təmsilçisi "Liverpul"un kapitanına görə ildə nə az, nə çox,-düz 20 milyon avrosundan keçməyə hazır olduğunu açıqlayıb. İngilis mətbuatı yazır ki, "Anji"nin menecerləri artıq "Liverpul"un nümayəndələri ilə danışıqlara başlayıblar. İngilis mətbuatına görə, əgər bu transfer baş tutarsa, o zaman "Liverpul"un bundan böyük qazanc əldə edəcəyi şübhəsizdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB