Yeni futbol mövsümündən "Şalke"ni tərk edərək, "Bayern Münhen" klubunda çıxış edən almaniyalı qolkiper Manuel Neuer, keçmiş klubunun azarkeşlərinin təhqiredici hərəkətləri ilə üzləşib. Siasport.az saytı xəbər verir ki, M.Neuerin "Şalke"ni tərk edərək "pivəçilər"in heyətinə keçməsini heç cürə həzm edə bilməyən "Şalke"li azarkeşlər, ona qarşı tərbiyəsiz şüarlar səsləndirərək, tribunalarda gənc qapıçının şəxsiyyətini alçaldan, onun cinsi azlıq nümayəndəsi kimi təsvir olunduğu pankartlar nümayiş etdiriblər. "Şpigel" jurnalı yazır ki, artıq Almaniya Futbol Federasiyası, (AFF) "Bayern Münhen" futbol klubunun iddiası əsasında bu baş verən xoşagəlməz hadisə ilə bağlı araşdırmalara başlayıb. Alman jurnalı iddia edir ki, əgər Federasiya bu qənaətə gəlsə ki, bu cür təhqiredici pankartlar klubun texniki personalının məsuliyyətsizliyi ucbatından və ya bilə-bilə "Şakle"nin tribunlarına "yol tapıb", o zaman alman klubunu ciddi maliyyə cəriməsi və digər sanksiyalar gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB