Fatih Terim \"Qalatasaray\"lı futbolçulara sərt xəbərdarlıq etdi!

Fatih Terim \"Qalatasaray\"lı futbolçulara sərt xəbərdarlıq etdi!
Dünən səfərdə \"Kardemir Karabükspor\"la qarşılaşmada 1:1 hesablı nəticəyə razılaşan və vacib 2 xal itirən İstanbulun \"Qalatasaray\" futbol klubunda, işlər yaxşı getmir. Siasport.az saytı xəbər verir ki, əzəli rəqibi olan \"Fənərbaxça\"nın öz meydanında \"Manisaspor\"la keçirdiyi qarşılaşmada 2 xal itirməsindən yararlanmaq əvəzinə, \"cim bom\"un xal itirməsi, baş məşqçi Fatih Terimin də əsəblərini tarıma çəkib. Türkiyə mətbuatı xəbər verir ki, qarşılaşmadan sonra futbolçularını ciddi şəkildə tənqid edən \"imperator\", onları bu cür xaotik oyun oynamağa son qoymağa, yeni oyun sisteminə alışmağa və daha çox da bir-biri ilə adaptasiya olmağa çağırıb. Baş məşqçi, artıq qarşıdakı oyunlarda xal itkisinin onlar üçün yolverilməz olduğunu deyərək, futbolçuları ciddi şəkildə məsuliyyətli olmağa çağırıb. \"İmperator\", xüsusi ilə kimliyindən asılı olmayaraq, onun etimadını doğrultmayan heç bir futbolçunu əsas heyətdə meydana buraxmayacağını sərt şəkildə dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə