Arsen Venger: \"Hələ 17 il də \"Arsenal\"da olacam!\"

Arsen Venger: \"Hələ 17 il də \"Arsenal\"da olacam!\"
Yeni mövsümdə İngiltərə Premyer Liqasına böyük uğursuzluqla başlayan Londonun \"Arsenal\" futbol klubunun baş məşqçisi Arsen Venger, bir sıra açıqlamaları ilə yenidən gündəmə gəlib. Siasport.az saytı xəbər verir ki, fransız futbol mütəxəssisi, onun guya \"Arsenal\"dan getməyə hazırlaşdığı barədə ingilis mətbuatında dərc olunan yazıları cəfəngiyyat hesab edir. A.Venger məşqçilik koryerasında dəfələrlə belə uğursuz situasiyalarla qarşılaşdığını deyərək, bu cür hücumlardan qorxmadığını və bu məlumatlara əhəmiyyət vermədiyini dilə gətirib. 17 ildir ki, \"Arsenal\"da baş məşqçi olduğunu deyən A.Venger, hələ 17 ildə bu sükanın arxasında olacağını açıqlayıb.
Xatırladaq ki, futbol mövsümünə bu cür uğursuzluq başlanğıc \"topçular\"ın, son 58 ildə ən pis göstəricisi hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə