Sən demə türk futbolunun əfsanəsi sayılan Hakan Şükür Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti olmaq istəyirmiş. Siasport.az saytı xəbər verir ki, TFF-yə prezident seçkiləri keçirilərkən, H.Şükür Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın qəbuluna gedərək, ondan TFF-yə keçiriləcək prezident seçkilərinə qatılması üçün xeyir-dua istəyib. Hakim AKP-dən parlamentə deputat seçilən Türkiyə futbolunun \"Kral\"ı, Baş nazirdən tam gözlənilməz cavab alıb.
Belə ki, AKP lideri H. Şükürün türk futbolu qarşısında böyük xidmətlərinin olduğunu deyərək, eyni zamanda onun hələ bu postu tutmaq üçün gənc olduğunu, AKP olaraq da H.Şükürün deputat olaraq fəaliyyət göstərməsinin vacib olduğunu diqqətinə çatdırıb. Türkiyə mətbuatı yazır ki, məhz bundan sonra H.Şükür AKP liderinə qarşı soyuq davranışları ilə yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB