Rəhim Nəcəfov: \"Arzum dünya çempionatının qalibi olaraq, olimpiya oyunlarına lisenziya əldə etməkdir\"-AÇIQLAMA

Rəhim Nəcəfov: \"Arzum dünya çempionatının qalibi olaraq, olimpiya oyunlarına lisenziya əldə etməkdir\"-AÇIQLAMA

"Dünya çempionatına hazırlıqlarımız yüksək səviyyədə keçir. Federasiya rəhbərliyinə və məşqçilər korpusuna dərin minnətdarlığımızı bildiririk ki, idmançılarımıza bu cür şərait yaradıblar və belə yüksək hazırlıq prossesi keçirlər". Bu sözləri Azərbaycanda keçiriləcək boks üzrə dünya çempionatında ölkəmizi 56 kq çəki dərəcəsində təmsil edəcək yığma komandanın kapitanı Rəhim Nəcəfov siasport.az saytına açıqlamasında bildirib. O, bütün gücü ilə dünya çempionatında medal qazanmağa çalışacağını bildirib. İdmançı Avropa çempionatında məğlub olsa da qarşıdan gələn dünya çempionatında öz sözünü deməyi bacaracağını deyib: \"Avropa çempionatında məğlub oldum, amma ən böyük arzum dünya çempionatının qalibi olaraq, olimpiya oyunlarına lisenziya əldə etməkdir. İnanıram ki, idmançılarımız olimpiya oyunlarında daha çox medal qazanacaqlar. Hazırlığımız yüksək səviyyədə keçir və ümid edirəm ki, nəticələr də yüksək olacaq".


Elgün Vidadioğlu


Bütün xəbərlər Facebook səhifəmizdə