Nəriman Abdullayev: “Ermənistan komandası ilə döyüşdə mütləq qələbə qazanmalıyıq” - AÇIQLAMA
Azərbaycanda keçiriləcək boks üzrə dünya çempionatında işitrak edəcək yığma komandamız bu gün mətbuat üçün açıq məşq keçirib. Siasport.az saytı xəbər verir ki, hazırlıq prosessi Sərhədçi İdman Olimpiya Mərkəzində təşkil olunub. İlk öncə idmançılarımız ilkin hərəkətlərlə məşqə start veriblər. Daha sonra isə fərdi hazılıqlara başlayıblar.
Məşqçilərin tapşırıqlarını nəzərə alan idmançılarımız daha sonra hazırlıq xarakterli döyüşlər keçiriblər. Bu arada milli komandamızın məşqçisi Nəriman Abdullayev yarış barəsində mətbuata açıqlama verib. N.Abdullayev qeyd edib ki, komandamız yarışlara tam hazır vəziyyətdədir: "Komadada vəziyyət yaxşıdır yarışlara az qalıb, idançılar daimi olaraq həkim nəzarəti altındadır. Komandada zədəli idmançılar yoxdur və bu da sevindirici haldır. Demək olar ki, komandamız yarışa tam hazırdır. Dünya çempionatı Azərbaycanda keçirildiyinə görə daha çox məsuliyyət daşıyırıq. Komandamız olimpiya oyunlarına daha çox lisenziya qazanmalıdır. Daha sonra isə mütəxəssislər heyəti necə müəyyənləşdirmək üçün əlavə döyüşlər keçirir və ən güclüləri dünya çempionatında iştirak edəcək heyətə daxil edir\".
Daha sonra isə N.Abdullayev Rusiyada keçirilən təlim-məşq toplanışları haqqında məlumat verib: "Rusiyada təlim-məşq toplanışı keçirilib. Rusiya boksçuları dünyanın ən güclüləridəndirlər. İdmançılarımız onlarla döyüşlərdə özlərini yaxşı tərəfdən göstərdilər və özlərini doğrultdular. Bu isə dünya çempionatına hazırlığın yüksək səviyyədə olduğunu göstərir".
Məşqçi jurnalistlərin ermənilərin də yarışda iştrak edəcəyi barədə sualına belə cavab verib: \"Komadanın psixoloji vəziyyəti yaxşıdır və bu vəziyyətlə bağlı daimi olaraq psixoloji hazırlıq keçirilir. Ermənistan komdası ilə döyüşdə mütləq qələbə qazanmalıyıq, başqa yol yoxdur\".
O, dünya çempionatında 5-dən artıq medal və olimpya oyunlarına isə daha çox lisenziya qazacaqlarını bildirib.
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB