Daha bir ingilis klubu ərəb mənşəli milyarderin hədəfinə tuş gəlib. Siasport.az saytı xəbər verir ki, hazırda İngiltərə paytaxtı Londonda səfərdə olan Qətər Əmiri, sən demə "qırmızı şeytanlar"a sahib olmaq üçün, klubun amerikalı sahibi Qleyzerlə danışıqlar aparmağı planlaşdırır. Köməkçiləri ilə İngiltərəyə səfər etmiş əmirin məqsədinin "Mançester Yunayted" klubunu satın almaq olduğunu,a rtıq ingilis qəzetləri də yazmağa başlayıblar. "The Sun" yazır ki, Qətər Əmiri, "Qırmızı şeytanlar"ı almaq üçün 1,6 milyard funt sterlinq ödəməyə hazır olduğu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB