Luiş Fiqo İstanbula gəlir

İtaliyanın "İnter" futbol klubunun Avropa əməliyyatları üzrə təmsilçisi olan, dünyanın ən ulduz futbolçularından sayılan portuqaliyalı Luiş Fiqo, İstanbula gələcək. Siasport.az saytı xəbər verir ki, portuqaliyalı ulduz futbolçunun Türkiyəyə gəlişi, ilk növbədə Milan klubu üçün yeni futbolçular axtarıb tapmaq, Türkiyədə balaca yaş qruplarında oynanayan uşaqlar arasında müsabiqə keçirərək ən yaxşılarını Milana aparmaqdan ibarət olacaq. Mühüm bir layihə kimi hazırlanan bu müsabiqədə L.Fiqo, həmçinin balaca uşaqlarla birlikdə top qovmaq və onlara futbolun ilkin "əlifbasını" öyrətməyi də planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə