\"Qarabağ\" FK daha bir sosial layihədə iştirak edib

\"Qarabağ\" FK daha bir sosial layihədə iştirak edib
\"Qarabağ\" Futbol Klubu daha bir sosial layihədə iştirak edib. Siasport.az saytı xəbər verir ki, klub Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi (XOK) ilə birlikdə \"21 sentyabr – bir gün sülh\" futbol turnirini təşkil edib. Əqli imkanları məhdud, anadangəlmə qüsurlu şagirdlərin təhsil aldığı məktəblilər arasında baş tutan turnir oğlanlarla yanaşı qızlar üçün də keçirilib. Oğlanların yarışında Xəzər rayonu 12 saylı xüsusi intetnat məktəbi ilk pilləyə sahib çıxıb. Qaradağ rayon 14 saylı xüsusi internat 2-ci, Xəzər rayon E.Mirzəyev adına nitqi qüsurlu uşaqlar üçün respublika xüsusi internat məktəbi isə 3-cü yeri tutub.
Qızların yarışında isə Mirzəyev adına məktəb ilk pilləyə sahib çıxıb. Digər pillələrdə 12 və 14 saylı məktəblər qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə