"Fənərbaxça"lı azarkeşlərin sədaqəti həbsxanada olan Əziz Yıldırımı ağlattdı!
Dünən "Şükrü Saracoğlu" stadionunda "Manisaspor"la keçirilən qarşılaşmada "Fənərbaxça"nı dəstəkləyən 46 mindən çox xanım azarkeş, göstərdikləri əsl şou ilə təkcə dünyanı deyil, elece də hazırda "Metris" həbsxanasında saxlanılan "Fənərbaxça" prezidenti Əziz Yıldırımı da heyrətə salıblar. Siasport.az saytı xəbər verir ki, "Fənərbaxça"lı xanım azarkeşlər, dünənki qarşılaşmada üzərində Ə.Yıldırımın şəkilləri təsvir olunan futbolkalar geyinərək, öz prezidentlərinə müdhiş dəstək nemayiş etdiriblər. Türkiyə mətbuatı xəbər verir ki, qardaş ölkənin Ədliyyə Nazirliyinin icazəsi ilə bütün futbol qarşılaşmalarını həbsxanadakı televiziyadan izləyən Ə.Yıldırım, bu görüntülərdən elə duyğulanıb ki, ğöz yaşlarını belə saxlaya bilməyib. Xəbərdə deyilir ki, xanım azarkeşlərin bu sədaqətli addımını alqışlayan Ə.Yıldırım, "Belə azarkeşi olan böyük kluba heç kimin gücü çatmaz"deyə fikrini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB