Raqif Abbasov: “Azəbaycan İslam Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsilə bağlı namizədliyni irəli sürməyi düşünür\"-AÇIQLAMA
Azərbaycan 2017-ci il İslam Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsi üçün namizədliyini verməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki ,İslam Olimpiya Oyunları ilk dəfə Məkkə şəhərində keçirilib. Bu oyunları bir yox, bir neçə şəhərdə keçirmək mümkündür. Belə olan halda Bakı, Sumqayıt, Mingəçevir, Naxçıvan, Lənkəran, Şəki və s. kimi şəhərlərdə bu oyunları keçirmək olar. Bu şəhərlərin hamısında müasir standartlara uyğun müxtəlif idman növləri üzrə bazalar mövcuddur.
Xatırladaq ki, İslam Olimpiya Oyunları 2005-ci ildə Ərəbistanda keçirilib. 2009-ci ildə isə İran İslam Respublikasının namizədliyi qəbul olunub. Amma oyunlar keçirilməyib. Səbəb kimi təşkilat komitəsilə namizəd ölkələr arasında yarışların təşkili ilə bağlı fərqli fikir ayrılığının olması göstərilib. Növbəti İslam Oyunları 2013-cü ildə İndoneziyanın paytaxtı Cakartada keçiriləcək.
2017-ci ildə İslam oyunlarının harada keçirilməsilə bağlı ilk olaraq Azərbaycan namizədliyini verəcək. Təbii ki, İslam Olimpiya Oyunları sırf müsəlman ölkəsində keçirilməlidir. Bununla bağlı Qatar, Türkiyə, Qazaxıstan və başqa müsəlman ölkələri də namizədliyini verə bilər. İslam Olimpiya Oyunlarında olimpiya idman növlərilə yanaşı, qeyri-olimpiya idman növləri də keçirilir. Məsələn, karatenin WKF növü və s.
Bununla bağlı Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovla əlaqə saxladıq: "Azəbaycan İslam Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsilə bağlı namizədliyni irəli sürməyi düşünür. Bu yaxınlarda 2020-ci il Təşkilat Komitəsinin toplantısında da bu məsələnin müzakirəsi istisna deyil. Azərbaycanın İslam Olimpiya Oyunlarına namizədliyini vermək istəməsi ölkəmizin bir daha irimiqyaslı idman yarışlarına məqsədyönlü hərəkətini göstərir. Bu Olimpiya Oyunlarının Respublikamızda keçirilməsi üçün Azərbaycanın hər bir imkanı var. Bunun üçün Azərbaycan tam hazırlıqlıdır. Təməli qoyulmuş 65 minlik Olimpiya Kompleksi, bədii Gimnastika zalı, su idman növlərini əhatə edəcək kompleksləri və mövcud olan olimpiya bazaları bunu keçirməyə imkan verir. Azərbaycan İslam ölkələrindən birincisidirr ki, namizədliyini verməsilə bağlı ilkin açıqlamasını verir. Bunun üçün də paytaxt Bakıya böyük yük düşür. Düzdür bu olimpiya oyunları tək bir şəhərdə keçirilmir. Bakı ilə yanaşı, Mingəçevir, Naxçıvan, Sumqayıt və başqa şəhərlərimizdə də bu yarışların keçirilməsi üçün ideal imkan var".//mundial.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB