AFFA mənə pul versin ki, mən də sizə verim"

AFFA mənə pul versin ki, mən də sizə verim"

"Turan" klubunda baş verənlər barədə sizi məlumatlandırmışıq. Siasport.az saytı xəbər verir ki, 3 aydır klub rəhbərliyindən pulunu ala bilməyən futbolçulara "Turan"ın prezidenti Musa Süleymanovdan gülməli cavab gəlib. Aldığımız məlumata görə, futbolçular klub rəhbərindən pullarının niyə verilməməsini soruşduqda, Süleymanov onlara belə cavab verib: "AFFA mənə pul versin ki, mən də sizə verim".

Adının açıqlanmasını istəməyən "Turan"nın futbolçularından biri Musa bəyin sözlərinə belə şərh verib: "Bizim pulumuzu AFFA verəcəksə, onda Süleymanov niyə "Turan"ın prezidentidir? Belədirsə, AFFA öz adamını təyin etsin bura, biz də dar macalda gedib pulumuzu AFFA-dan tələb edək".


stadium.az

Bütün xəbərlər Facebook səhifəmizdə