Arsen Venger türk əsilli futbolçunu meydana buraxdı, "Arsenal" 3:1 qələbə qazandı!

Arsen Venger türk əsilli futbolçunu meydana buraxdı, "Arsenal" 3:1 qələbə qazandı!
Dünən İngiltərə Kuboku uğrunda "Shrewsbury" klubu ilə keçirilən qarşılaşmada, "Arsenal"ın baş məşqçisi Arsen Venger, qarşılaşmanın 77-ci dəqiqəsində gənc Oğuzhan Özyakupu meydana buraxıb. Siasport.az saytı xəbər verir ki, 46 min 539 azarkeşin izlədiyi qarşılaşmada, meydana girəndən cəmi bir dəqiqə sonra komanda yoldaşı Benayouna gözəl ötürmə verərək, onun qol vurmasına şərait yaradan və ən əsası hesabın "Arsenal"ın xeyrinə dəyişməsində əsas rol oynayan türk əsilli futbolçu, bu oyunu ilə baş məşqçi A.Vengerin də etimadını və xoş sözlərini qazanıb. İnilis mətbuatı yazır ki, artıq A.Venger qarşıdakı oyunlarda O.Özyakubu əsas heyətdə meydana çıxarmağı düşünür. Xatırladaq ki, dünənki qarşılaşmada meydandan 3:1 hesablı qələbə ilə ayrılan "Arsenal", indi qarşıdakı Premyer Liqa qarşılaşmalarında bu uğurun davamını gətirməyə çalışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə