Bolqarıstanın Albena şəhərində 8-18 yaşadək oğlanlar və qızlar arasında şahmat üzrə Avropa çempionatına yekun vurulub. Siasport.az saytı xəbər verir ki, bu mötəbər yarışda Azərbaycanı 40 idmançı təmsil edib. Ümumilikdə çempionatda 48 ölkədən 1039 nəfər idmançı öz qüvvəsini sınayıb. Çox gərgin oyun şəraitində keçirilən çempionatda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş dünya çempionu, 2 qat Avropa çempionu, FİDE Ustası Abdulla Qədimbəyli 10 yaşadək oğlanlar arasında yarışlarda respublikamızı layiqincə təmsil edərək, 7,5 xalla II yeri tutub. 1 №-li Uşaq Gənclər Şahmat Dama İdman Məktəbində məşğul olan Abdulla Azərbaycan idmançıları arasında yeganə mükafata layiq yer tutmuş idmançı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB