Dünya "Fənərbaxça"nın 46 min xanım azarkeşinə heyran qalb!

Dünya "Fənərbaxça"nın 46 min xanım azarkeşinə heyran qalb!
Dünən İstanbulun "Fənərbaxça" futbol klubunun Türkiyə Superliqası çərçivəsində "Şükrü Saracoğlu" stadionunda "Manisaspor"la keçirdiyi qarşılaşma, dünyanın aparıcı mediyasının əsas manşetinə çevrilib. Siasport.az saytı xəbər verir ki, dünən yalnız 46 min "Fənərbaxça"lı qadın və uşaqların iştirakı ilə keçirilən qarşılaşmada, hər kəsi vəchə gətirən gözəl görüntülər, bütün dünyanı həyəcana gətirib. "Şükrü Saracoğlu" stadionunun tarixində bir rekord olan bu izdihamlı qarşılaşmaya, dünya mətbuatı da buganə qalmayıb. Belə ki, "BBC", "La Gazzetta Dello Sport", "Bild", "Record",
"Globo Esporte", "Chronofoot" və "AP" kimi dünyanın aparıcı KİV-ləri İstanbuln nəhənginin xanım azarkeşləri barədə yazılar dərc ediblər. Xatırladaq ki, bu qarşılaşma 1:1 hesablı nəticə ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə