Super Liqa klubunda baş məşqçi istefası

Super Liqa klubunda baş məşqçi istefası
Türkiyə Superliqasının III turu çərçivəsində öz meydanında \"Kayserispor\"a 1:2 hesabı ilə məğlub olan \"Qaziantespor\"un baş məşqçisi Tolunay Kafkas istefa verdiyini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, Kafkas oyundan sonra mütəxəssis keçirilən mətbuat konfransında komanda ilə yollarını ayıracağını bildirib: \"Deyəcək bir sözüm yoxdur. Hər şey göz qabağındadır. Sabah klub prezidenti ilə görüşəcəyəm və böyük ehtimalla komandadan gedəcəyəm. Bu mənim şəxsi qərarımdır. Belə etməyim daha doğru olar. Çünki yeni gələcək məşqçiyə də vaxt vermək lazımdır. Ona görə də getməyim daha uyğun olar. Bütün günahı özümdə axtarıram. İddialı bir məşqçiyəm. Ancaq iddia olmayan yerdə də qalmaram. Bu günə qədər məni dəstəkləyən hər kəsə təşəkkür edirəm\".

Bütün xəbərlər Facebook səhifəmizdə