Avropa Çempionatının final mərhələsinə hazırlıqlarını bitirmiş voleybol üzrə qadınlardan ibarət milli yığma komandamız bu gün İspaniyadan birbaşa olaraq İtaliyaya yola düşəcək. Siasport.az saytı xəbər verir ki, İspaniyanın Barselona şəhərində təlim-məşq toplantısı keçirən voleybolçularımız həmin vaxt ərzində İspaniya millisi ilə bir neçə yoldaşlıq görüşü də keçirib. Dünən (20 sentyab) İspaniyada son hazırlıq oyunu keçirmiş Faiq Qarayevin yetirmələri 3:0 hesabı ilə İspaniya millisinə qalib gələrək, İspaniyadakı hazırlıq mərhələsini sona çatdırıb.
23 sentyabrda start götürəcək Avropa Çempionatının final mərhələsinin (B) qrupunda mübarizə aparacaq Azərbaycan milli komandasının rəqibləri Türkiyə, İtaliya və Xorvatiya milliləridir. Qızlarımız 2 gündən (23 sentyabr) sonra İtalyanın Monza şəhərində ilk oyunda Türkiyə millisi ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB