U-21-in oyunları canlı yayımlanacaq

U-21-in oyunları canlı yayımlanacaq
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 6-da keçiriləcək Azərbaycan – Norveç və oktyabrın 10-da keçiriləcək Azərbaycan – Belçika oyunu İdman Azərbaycan kanalında canlı yayımlanacaq. Siasport.az saytı xəbər verir ki, "Dalğa Arena"da keçiriləcək hər iki qarşılaşma saat 18:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə