Dünya kubokunun qalibi müəyyənləşib

Dünya kubokunun qalibi müəyyənləşib

Xantı-Mansıda keçirilən şahmat üzrə dünya kubokunun sahibi müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, təkbətək final yarışını rusiyalı Pyotr Svidler və Aleksandr Qrişşuk Siciliya müdafiəsi ilə başlayıblar. Final oyununu 2,5:1,5 hesabı ilə udan Rusiya çempionu Pyotr Svidler 2011-ci ilin dünya kubokunun sahibi olmuşdur.
Oyunda üçüncü yer uğrunda ukraynalı Vasili İvançuk öz həmyerlisi Ruslan Ponomaryovla görüşüb. Müdafiədə göstərdiyi inadkarlıq sayəsində Vasili bu partiyanı heç-heçə başa vuraraq oyunu 2,5:1,5 hesabı ilə udub və iddiaçıların turnirinə son vəsiqəni qazanıb.
Xatırladırıq ki, dünya kubokunun start yarışlarında Azərbaycanın beş qrossmeysteri – Vüqar Həşimov, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Namiq Quliyev iştirak edirdilər. Onlardan R.Məmmədov və N.Quliyev birinci dairədən sonra oyundan çıxıb, Ş.Məmmədyarov 1/16 final mərhələsindən keçə bilməyib, V.Həşimov və T.Rəcəbov isə dörddəbir finalda dayanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə