Emil Mpenza: "Bakıya dönüb, məşqlərə başlayacağım günü həsrətlə gözləyirdim"-AÇIQLAMA
"Neftçi" PFK-nın hücumçusu Emil Mpenza vətəni Belçikada müalicəsini başa vuraraq, Bakıya qayıdıb. Siasport.az saytı xəbər verir ki, təcrübəli futbolçu klubun rəsmi saytına açıqlamasında qarşıdakı oyunlara tam hazır olduğunu bildirib: "Artıq 6 həftədir futbol oynamıram. "Bakıya dönüb, məşqlərə başlayacağım günü həsrətlə gözləyirdim. Tamamilə sağalmışam. Sabahdan etibarən komandanın hazırlıq proseslərində iştirak edəcəm. Baş məşqçi şans verərsə, qarşıdakı oyunlarda "Neftçi"yə kömək etməyə hazıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB