Fatih Terim \"Qalatasaray\"ın ilk 11-liyini açıqladı

Fatih Terim \"Qalatasaray\"ın ilk 11-liyini açıqladı

İstanbulun \"Qalatasaray\" futbol klubu Türkiyə Superliqasının 3-cü turu çərçivəsində \"Kardemir Karabükspor\"la keçirəcəyi qarşılaşma üçün bu şəhərə yollanıb. Siasport.az saytı xəbər verir ki, keçən həftə \"Türk Telekom Arena\"da \"Samsunspor\"u 3:1 hesabı ilə məğlub edən və futbolçularının baxımlı oyunundan ruhlanan \"cim bom\" rəhbərliyi, sabah rəqib meydanında qarşılaşmaya çıxacaq heyəti də açıqlayıb. Baş məşqçi Fatih Terim Sərvət Çətini zədə səbəbindən heyətə daxil etməyib. \"Qalatasaray\"ın ilk 11-liyində yer alan futbolçuların siyahısına isə, Fernando Muslera, Ufuk Ceylan, Gökhan Zan, Tomas Ujfalusi, Hakan Balta, Semih Kaya, Emmanuel Eboue, Sabri Sarıoğlu, Ceyhun Gülselam, Selçuk İnan, Felipe Melo, Albert Riera, Ayhan Akman, Yekta Kurtuluş, Engin Baytar, Emre Çolak, Johan Elmander, Milan Baroş, Kazım Kazım, Sercan Yıldırım daxildirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə