“Sumqayıt Şəhər” PFK internat məktəbində

“Sumqayıt Şəhər” PFK internat məktəbində
"Sumqayıt Şəhər" Peşəkar Futbol Klubunun nümayəndələri Sumqayıtda yerləşən sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbini ziyarət ediblər. Siasport.az saytı xəbər verir ki, tədbirdə klubun futbolçuları – Samir Abasov, Emin Mustafayev, Slavik Alxasov və rəsmi fanklub "Gənclik-50"nin nümayəndələri də iştirak ediblər. Görüşdə uşaqlara klubun atributları və müxtəlif hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə