"Qarabağ" klubu AZAL-la oyunun hazırlıqlarına başlayıb. Siasport.az saytı xəbər verir ki, sentybarın 24-də "təyyarəçi"lərlə qaşılaşacaq komanda günü 2 məşqlə keçirəcək. Dünən komanda istirahət edib. "Xəzər-Lənkəran"la oyundan sonra bərpaedici məşqə çıxan komanda bu gün AZAL-la matçın hazırlıqlarının əsas mərhələsinə başlayıb. Səhər məşqi 10:30-da başlayıb. Suraxanı qəsəbə stadionunda baş tutan çalışmada uzun müddətə sıradan çıxan Rauf Əliyev iştirak etməyib. Əvəzində 1 aydan çoxdur yaşıl sahələrdən uzaq düşən Zaur Həşimov və Emin İmaməliyev komandayla məşqlərə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB