Kamandan oxatma üzrə Bakı şəhər kuboku uğrunda yarış keçirilib

Kamandan oxatma üzrə Bakı şəhər kuboku uğrunda yarış keçirilib
Hövsan Olimpiya İdman Kompleksində kamandan oxatma üzrə Bakı şəhər kuboku uğrunda yarış keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışın nəticələrinə görə kişilər arasında 1-ci yeri Dmitri Donkov, 2-ci yeri Aleksey Kopnin, 3-cü yeri isə Zaur Qəhrəmanov tutub.

Qadınların mübarizəsində isə Svetlana Simonova qızıl, Nazənin Beydullayeva gümüş, Leyla Fazilova bürünc medala sahib olub.
Qaliblərə müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə