Uzun müddətdir ki, "Barselona", "Çelsi", "Arsenal" və "Real" futbol klublarının diqqət mərkəzində olduğu deyilən braziliyalı futbolçu Neymanın İspaniya La Liqasına gəlişi, axır ki, reallaşır. Siasport.az saytı xəbər verir ki, son turda "Levante"yə 0-1 hesablı məğlubiyyətlə barışan kral klubu, 19 yaşlı braziliyalını transfer etmək üçün bütün resurslarını işə salıb.
İspaniyanın məşhur "Marça" qəzeti yazır ki, "Real" rəhbərliyi bu 19 yaşlı futboçunu heyətinə qatmaq üçün 60 milyon avronu gözdən keçirməyə hazırlaşır. İspaniya qəzeti iddia edir ki,ugursuz başlanğıcdan qorxuya düşən kral klubunun rəhbərliyi, qış transfer dövründə Neymanı nəyin bahasına olursa olsun heyətinə qatmağı planlaşdırır və bu barədə artıq futbolçunun klubu ilə ilkin şifahi danışıqlar da aparılmağa başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB