AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı iclasda qəbul olmuş qərarları nəzərinizə çatdırır:
Azərbaycan Premyer Liqasının VI turunun "Simurq"– "Kəpəz" matçının 45-ci dəqiqəsində "Kəpəz" klubunun 32 №-li futbolçusu Razvan Tarlea kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 (iki yüz) manat cərimə olunur (maddə 48).
Oyunun 65-ci və 73-cü dəqiqəsində "Simurq" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 52).
Matçın 65-ci dəqiqəsində "Simurq" klubunun 2 №-li futbolçusu İlkin Qırtımov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 (iki min) manat cərimə olunur (maddə 38.1).
Oyunun 74-cü dəqiqəsində "Kəpəz" klubunun 10 №-li futbolçusu Ceyhun Sultanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 (iki yüz) manat cərimə olunur (maddə 48).
Azərbaycan Premyer Liqasının VI turunun "Qarabağ" – "Xəzər Lənkəran" matçının 63-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun 2 №-li futbolçusu Elnur Allahverdiyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 (iki yüz) manat cərimə olunur (maddə 48).
Azərbaycan Premyer Liqasının VI turunun "Turan" – "Bakı" matçında "Turan" və "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 (bir min) manat cərimə olunur (maddə 40).
Oyunun 45-ci dəqiqəsində "Turan" klubunun azarkeşləri tərəfindən meydançaya meydançaya kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 52).
"Turan" klubu matçın 15-ci dəqiqəsində "Turan" klubunun 22 №-li futbolçusu Məhərrəm Müslümzadənin əllə oyuna görə, matçın 45-ci dəqiqəsində isə klubun 7 №-li futbolçusu Ramal Hüseynovun hakimə etiraz etdiyinə görə sarı vərəqə ilə cəzalandırıldığı və göstərilən vərəqələrin əsasız olması haqqında İntizam Komitəsinə məktub ünvanlamışdır. Matçın video yazısını izlədikdən sonra İntizam Komitəsi nəzərdə tutulan hadisələr haqqında aşağıdakı qərarları qəbul etdi:
1. Matçın 15-ci dəqiqəsində "Turan" klubunun 22 №-li futbolçusu Məhərrəm Müslümzadəyə əllə oyuna görə göstərilmiş sarı vərəqə ləğv edilsin.
2. Matçın 45-ci dəqiqəsində klubun 7 №-li futbolçusu Ramal Hüseynova hakimə etiraz etdiyinə görə göstərilmiş sarı vərəqə qüvvədə qalsın.
Azərbaycan Premyer Liqasının VI turunun "Neftçi" – "Qəbələ" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunur (maddə 40).
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VI turunun AZAL – "İnter" matçında "İnter" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 (beş yüz) manat cərimə olunur (maddə 40).
Oyunun 85-ci dəqiqəsində "İnter" klubunun 10 №-li futbolçusu Əbülfəz Hüseynli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 (bir min) manat cərimə olunur (maddə 37.1).
Matçın 85-ci dəqiqəsində AZAL klubunun 20 №-li futbolçusu Elmir Məmmədov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1500 (bir min beş yüz) manat cərimə olunur (maddə 38.2).
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VI turunun "Rəvan" – "Sumqayıt Şəhər" matçında "Sumqayıt Şəhər" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 (beş yüz) manat cərimə olunur (maddə 40).
Oyunun 44-cü dəqiqəsində "Sumqayıt Şəhər" klubunun 90 №-li futbolçusu Eldar Məmmədovla "Rəvan" klubunun 2 №-li futbolçusu Ramil Nuriyevin aqressiv oyuna görə (rəqibə başla zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 4 oyunluq cəzalanır, klublar 2000 (iki min) manat cərimə olunur (maddə 38.3).
Matçın 70-ci dəqiqəsində "Sumqayıt Şəhər" klubunun baş məşqçisi Vaqif Paşayev texniki zonadan kənarlaşdırıldığına görə məşqçi 1 oyunluq cəzalanır, klub 500 (beş yüz) manat cərimə olunur (maddə 63).
Matçın protokolunda oyunun 87-ci dəqiqəsində "Sumqayıt Şəhər" klubunun 4 №-li futbolçusu Samir Yusifovla "Rəvan" klubunun 17 №-li futbolçusu Muxtar İsmayılov aqressiv oyuna görə (rəqibə başla zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılması göstərilmişdir. Lakin matçın video yazısını izlədikdə hər iki futbolçuya göstərilən qırmızı vərəqənin əsassız olduğu aşkar olunmuşdur. Bu səbəbdən də hər iki futbolçuya göstərilən vərəqə ləğv edilir.
Azərbaycan I divizionunun II turunun "Göyəzən" – "Şuşa" matçında "Göyəzən" və "Şuşa" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40).
Azərbaycan I divizionunun II turunun "Energetik" – "Neftçala" matçında "Energetik" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40).
Azərbaycan I divizionunun II turunun "Şəmkir" – "Karvan" matçında "Şəmkir" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40).
Azərbaycan I divizionunun II turunun "Qaradağ Lökbatan" – "MKT Araz" matçında "MKT Araz" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40).
Azərbaycan I divizionunun II turunun MOİK – "Həkəri" matçında "Həkəri" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40).
Azərbaycan I divizionunun II turunun "Muğan" – "Lokomotiv" matçında "Muğan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB