Felipo Melo "Qalatasaray"ın əsas forvardına çevrilir

Felipo Melo "Qalatasaray"ın əsas forvardına çevrilir
İstanbulun "Qalatasaray" futbol klubunun braziliyalı forvardı Felipo Melo, elə indidən klub rəhbərliyinin və "cim bom" azarkeşlərinin sevimlisinə çevrilməyə başlayıb. Siasport.az saytı xəbər verir ki, sonuncu "Samsunspor" qarşılaşmasında göstərdiyi əzmkar futbolla və oyun sistemi ilə hər kəsin rəğbətini qazanan sabiq "Yuventus"lu futbolçu, Türkiyə mətbuatına verdiyi açıqlamada "Qalatasaray"da 10 nömrəli formanı geyməkdən qürur duyduğunu deyib.
Klubun rəhbərlərindən olan Abdurrahman Albayrak da jurnalistlərə bildirb ki, F.Melo kimi futbolçunu transfer etdiklərinə görə qürur duyurlar. "Qalatasaray" təmsilçisi, Fatih Terimin də, sonuncu qarşılaşmada göstərdiyi oyunu ilə F.Melonu bəyəndiyini diqqətə çatdırıb. Əsasən də düzgün transferə görə. Belə demək mümkünsə braziliyalı forvard artıq "Qalatasaray" üçün önəmli futbolmuya çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə