Dövlət başçısı "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovu "Tərəqqi" medalı ilə təltif edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti Sadıq Asəf oğlu Sadıqovu "Tərəqqi" medalı ilə təltif edib. Bu, Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə olub.
Siasport.az saytı xəbər verir ki, bunda Sadıq Sadıqovun iş fəaliyyətindəki rolu böyükdür. Eyni zamanda "Neftçi" İdman Sağlamlıq Mərkəzinin icraçı direktoru, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü olan Sadıq Sadıqov "Neftçi" PFK-nın prezidenti olduqdan sonra komanda 6 illik həsrətə son qoyaraq, Azərbaycan çempionluğunu qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB