Nəriman Mehdiyev: \"Neftçi\" ilə matçda qələbə üçün meydana çıxacağıq\"-AÇIQLAMA
Mehdiyev \"Bakı\"nın artıq özünə gəldiyini bildirib: \"Çempionatın startında müəyyən problemlərimiz oldu, komandada yeni futbolçularımız var idi, uyğunlaşmaqda bir az çətinlik çəkirdilər. 6 turdan sonra görürük ki, komandanın oyunu özünə gəlir. Mən inanıram ki, 2-3 tura daha da yaxşı \"Bakı\" görəcəksiniz\".
Nəriman Mehdiyev \"Bakı\"nın \"Neftçi\"yə qalib gələcəyinə inandığını söyləyib: \"Biz hər oyundan qələbə gözləyirik. \"Neftçi\" ilə matçda da qələbə üçün meydana çıxacağıq, inşallah qələbə də qazanacağıq. Mənə elə gəlir ki, komandada elə bir problem yoxdur. \"Neftçi\"ylə oyuna da elə də ciddi hazırlaşmağa ehtiyac yoxdur. Çünki Premyer Liqada bütün komandalar güclüdür, zəif komanda yoxdur. \"Turan\" öz meydanında 2 oyun oynamışdı, ikisində də qalib gəlmişdi. \"Turan\" zəif komanda deyildi, biz \"Turan\"ı məğlub etdik. Əsas məsələ odur ki, komanda oyununu tapır. Məqsədimiz ancaq qələbə qazanmaqdır\".//mundial.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB