Rusiya komandasının tərkibində 2 erməni boksçu Azərbaycana gələcək

Rusiya komandasının tərkibində 2 erməni boksçu Azərbaycana gələcək

Boks üzrə Rusiya milli komandası Bakıda keçiriləcək dünya çempionatı üçün heyətini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, yarışın əsas favoritlərindən olan şimal qonşumuz Azərbaycan paytaxtına ən güclü boksçularını gətirir. Rusiya millisinin heyətində Bakıda anadan olmuş idmançı da var. Bu milliyətcə erməni olan David Ayrapetyandır. 52 kq çəki dərəcəsində mübarizə aparacaq Mişa Aloyan isə Ermənistanda dünyaya göz açsa da, o milliyətcə yezidi kürdüdür. Nikolay Xromovun komandasında həm dünya, həm də Avropa çempionu tituluna sahib olmuş 3 boksçu var. Bunlar Albert Səlimov, Yeqor Mexontsev (81 kq) və Artur Beterbiyevdir.


Rusiya milli komandasının heyəti:

49 kq: David Ayrapetyan (Avropa Çempionu (2006), dünya çempionatının gümüş mükafatçısı (2009)

52 kq: Mişa Aloyan (Dünya çempionatının bürünc mükafatçısı (2009), Avropa çempionu (2010)

56 kq: Sergey Vodopyanov (Dünya çempionu (2007), dünya çempionatının gümüş mükafatçısı, 2009)

60 kq: Albert Səlimov (Dünya çempionu (2007), Avropa çempionu (2010)

64 kq: Aleksandr Solyanikov (Avropa çempionatının bürünc mükafatçısı 2010)

69 kq: Andrey Zamkovoy (dünya çempionatının gümüş mükafatçısı 2009)

75 kq: Artyom Çebotaryov (Avropa çempionu 2010)

81 kq: Yeqor Mexontsev (Dünya çempionu ( 2009), Avropa çempionu (2010)

91 kq: Artur Beterbiyev (Dünya çempionu (2009), Avropa çempionu (2010)

91+kq: Sergey Kuzmin (Avropa çempionu 2010)


Bütün xəbərlər Facebook səhifəmizdə