Ən çox müzakirə olunan mövzulardan biri də futbol hakimlərinin idarəçiliyidir. Siasport.az saytı xəbər verir ki, mundial.az idman portalı ötən mövsümün ən yaxşı hakimininin kim olması ilə bağlı sorğu keçirib. Sorğuda Hakimlər Komitəsinin aprıcı 8 hakimi iştirak edib. Saytın keçirdiyi bu sorğuda çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyev qalib gəlib. Maraqlı olsa da uzun müddət davam edən sorğunun ilk günündən ən yüksək səslə Həmzəyev liderliyini saxlayıb. Oxucuların sorğudakı aktivliyi də xüsusi seçilib.
Sorğuda ikinci yeri Elnur Muradov, üçüncü yeri isə futzal üzrə FİFA referisi Elçin Məmmədov tutub.
1. Əfqan Həmzəyev 1045 səs
2. Elnur Muradov 482 səs
3. Elçin Məmmədov 213 səs
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB